Azərbaycan millisində o da bu günü gördü - FOTO

28 Mart 2021 23:00 Milli komanda 1 530
Azərbaycan millisində o da bu günü gördü - FOTO

Qətərlə yoldaşlıq oyunu daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, start heyətində yer alan Sərtan Taşkın yığmada ilk matçına çıxıb.

Milliləşən legioner komandanın tarixinə 249-cu futbolçu kimi düşüb. Onadək 248 oyunçu milli forma geyinmişdi.

Ehtiyatda qalan üç futbolçudan – Toral Bayramov, Mehdi Cənnətov və Elvin Cəfərquliyevdən meydana daha tez çıxacaq oyunçu yığmanın 250-ci üzvü olacaq.

Portuqaliya ilə üç gün öncə keçirilən görüşdə (0:1) də milliləşən legionerlər – Anatoli Nuriyevlə Aleksey İsayev debüt şansı qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti