"Piş başladıq, sonra hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi"

28 Mart 2021 00:00 Milli komanda 1 039
"Piş başladıq, sonra hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi"

"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi.

Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. 3 gündən bir oyunlarda bu çox önəmlidir".

Sportinfo.az xəbər verir ki, Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.

İspaniyalı mütəxəssis çox çətin oyunda geridönüş etməyi bacardıqlarını bildirib: "Bütün oyun boyu dominantlıq eləmək olmaz.

Matça pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu, görüşün bir parçasıdır.

25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq".

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!