"Bu səhvinə baxmayaraq, Portuqaliyaya qarşı ən yaxşılardan biriydi"

27 Mart 2021 22:20 Milli komanda 745
"Bu səhvinə baxmayaraq, Portuqaliyaya qarşı ən yaxşılardan biriydi"

"Portuqaliya güclü komandalardan biridir. Avropa Çempionu olublar. Onlara qarşı oynamağın çətin olacağını hamımız bilirdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis yığma komandanın ilk hissə daha pis oynadığını bildirib: "Düzü, ilk hissə o qədər də xoşuma gəlmədi. Ancaq müdafiədən oynadıq. İkinci hissə komanda toparlandı və pis təsir bağışlamadı".

Hüseynov Şahruddin Məhəmmədəliyevin inamlı çıxışından da söz açıb": "Şahruddin yaxşı qapıçıdır. O vaxt ən yaxşı oyunçular siyahısında mən Şahruddinin də adını demişdim. Özünü ən yaxşı tərəfdən göstərir. Həm klubunda, həm də milli komandada. Elə Portuqaliyaya qarşı da yaxşı oyun keçirdi. Düzdü, bir səhvi oldu. Qol onun səhvindən sonra vuruldu. Bu futboldu. Hamı səhv edə bilər, həmçin də qapıçı. Sadəcə qapıçın səhvi qolla nəticələnir. Amma digər mövqelərin səhvini düzəldən var. Ona görə də qapıçının səhvi həmin dəqiqə özünü biruzə verir. Amma bu səhvə baxmayaraq meydanda ən yaxşılardan biri Şahruddin idi. Çox yaxşı çıxış elədi".

O, Serbiya ilə oyunda millimizin xal qazanacağına inandığını qeyd edib: "Hər bir oyunda futbolçular istəkli və əzmkar olsalar, qalib də gəlmək olar, xal da almaq olar. Növbəti oyun Bakıda olacaq. Düzdü, oyun azarkeşlərsiz keçiriləcək. Amma istənilən halda istək daha çox olacaq. Çünki Bakıda ilk oyunumuzdu. Bu baxımdan inanıram ki, istəklə, əzmkarlıqla Serbiyadan xal almaq mümkündür".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti