"Azərbaycanla matçda vacib qələbə qazandıq.
İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Bernardu Silva deyib.
“Mançester Siti"də çıxış edən 27 yaşlı yarımmüdafiəçi hər görüşdə məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib:
"Portuqaliyalılar və media Azərbaycanla matçda fərqli nəticə gözləyirdi. Əsas qələbə qazanmaqdır.
Həmin qarşılaşmada qapıya kifayət qədər zərbə vurduq, lakin rəqibi 1:0 hesabı ilə üstələdik. Komandamız hər zaman qələbə qazanmaq üçün çalışır. Artıq ilk oyun geridə qalıb”.
Bu gün keçiriləcək Serbiya - Portuqaliya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Portuqaliya Azərbaycanı 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.

