Millimiz yenə üzdü, Qətərlə də bacarmadı - Yenilənib

27 Mart 2021 22:52 Milli komanda 1 812
Millimiz yenə üzdü, Qətərlə də bacarmadı - Yenilənib

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Bu, Canni de Byazinin yetirmələrinin 2021-ci ildə ikinci matçı olub. Üç gün öncə dünya çempionatının seçmə oyununda Portuqaliyaya 0:1 hesabı ilə uduzan millimiz yoxlama xarakterli ilk görüşünə Macarıstanda çıxıb.

Matçın 16-cı dəqiqəsində Ramil Şeydayevin penalti zərbəsi ilə hesabı açan yığmamız 6 oyunluq qol həsrətinə son qoyub. Bu, forvardın yığmada 6-cı qolu olub. Lakin Kiprlə ötən ilin sentyabrındakı matçdan (1:0) 200 gün sonra rəqib qapısına yol tapan millimiz qələbəsizliyə son qoya bilməyib.

İkinci hissənin əvvəlində 4 dəqiqəyə iki top buraxan millimiz Asiya təmsilçisinə də uduzub. Bunadək Qətərlə keçirdiyi qarşılaşmalarda uduzmayan milli bu rəqibə də məğlub olub.

Yığmamız üç gündən sonra DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

21:00. Qətər - Azərbaycan 2-1

Qollar: Hassan Al Haydos, 55-pen (1:1), 58 - Ramil Şeydayev, 16

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Elamin, 16. Khoukhi, 15. Al Ravi, 7. Alaaeldin, 23, Al Haj Madibo, 20. Abdulsalam, 4. Vaad, 10. Al Haydos (k), 19. Ali

Ehtiyat oyunçular: 21. Mahmoud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatim, 8. Tameem Hatem, 9. Moayed Hassan Fedaili, 10. Mosaab Khoder, 11. Mohammed Muntari, 12. Karim Boudiaf, 14. Salem Al-Hajri, 17. İsmail Mohamed

Azərbaycan: 1. Emil Balayev, 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namiq Ələskərov

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti