Yığmamızın qapıçısı Avropanın ən yaxşı 3 futbolçusu sırasında

27 Mart 2021 21:00 Milli komanda 643
Yığmamızın qapıçısı Avropanın ən yaxşı 3 futbolçusu sırasında

DÇ-2022-nin seçmə qrup mərhələsinin Avropa zonası üzrə I turunun ən yaxşı futbolçuları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, FedEx şirkətinin hesablamasına əsasən ilk “üçlük” formalaşıb.

Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev də “üçlük”də özünə yer edə bilib.

Portuqaliya ilə qarşılaşmada 14 seyvlə yadda qalan qolkiper göstəricilərinə görə Avropada turun ən yaxşı 3-cü futbolçusu seçilib.

Birinci yeri Türkiyə yığmasının kapitanı Burak Yılmazın tutduğu sıralamada ikincilik Çexiya millisinin üzvü Tomas Suçekə nəsib olub. Yılmaz Niderlandla (4:2), Suçek isə Estoniya (6:2) ilə görüşdə het-trikə imza atıb.

Portuqaliya – Azərbaycan oyunu 1:0 hesabı ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti