AFFA Portuqaliyaya uduzan millinin futbolçularına böyük məbləğdə mükafat verdi

27 Mart 2021 14:00 Milli komanda 1 987
AFFA Portuqaliyaya uduzan millinin futbolçularına böyük məbləğdə mükafat verdi

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinə məğlubiyyətlə başladı.

Canni De Byazinin çalışdırdığı komanda Turində Portuqaliyanın qonağı oldu və Maksim Medvedevin öz qapısına vurduğu qolla uduzdu - 0:1.

Bu yenilgiyə baxmayaraq, AFFA yığmanın üzvlərinə mükafat verməyi qərara alıb.

Sportinfo.az-ın federasiyadan əldə etdiyi məlumata görə, bununla bağlı göstəriş icraçı vitse-prezident Elxan Məmmədovdan gəlib.

Onun tapşiriği ilə hər futbolçuya 10 min manat ödəniləcək. Mükafat bu gün Qətərlə beynəlxalq yoldaşlıq görüşünə çıxacaq komandanı ruhlandırmaq üçün ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!