"Şou" açıblar! Bu adamlar gözlərinin içinə kimi yalan danışır"

27 Mart 2021 11:40 Milli komanda 944
"Şou" açıblar! Bu adamlar gözlərinin içinə kimi yalan danışır"

«Mən uşaqlıqdan bu futbolun içindəyəm, hələ belə zəif milli kolmanda görməsmişdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanın və «Xəzər Lənkəran»ın sabiq hücumçusu Zaur Ramazanov deyib.

O, DÇ-2022-nin seçmə mərhələsinə Portuqaliya oyunu (0:1) ilə start verən millinin Turindəki çıxışına qiymət verib. Ötənlərin tanınmış forvardı məğlubiyyətdə baş məşqçi amilinə diqqət çəkib, Canni De Byazinin bərbad futbol oynatdığını söyləyib:

«Portuqaliya bizimlə futbol oynamadı. Onlar sanki məşqə çıxmışdı, bir-birlərinə top ötürməklə məşğul idilər. Arada bizimkilərə top verir, tez də deyirdilər ki, qaytarın özümüzə.

Bəziləri yazır ki, ikinci hissədə yaxşı oynadıq. Bu adamlar gözlərinin içinə kimi yalan danışır. Düz odur ki, biz ikinxi hissədə həvəssiz Portuqaliya gördük.

1992-ci ildən bu tərəfə belə zəif millimiz olmamışdı. Hətta 1 il qabaqkı – Nikola Yurçeviçin vaxtındakı heyət də, oyun da bundan yaxşı idi.

Bəlkə də Canni De Byazi yox, bir başqası gəlsəydi, komandanı başqa cür yığar, başqa cür oynadardı. Seçmə mərhələdə bu baş məşqçidən yaxşı heç nə gözləmirəm.

Məncə, De Byazini İtaliyada qoyub gəlsəydilər, hamısından yaxşı idi. Yəqin ki, AFFA bu «şou»nun davamının olmasını gözləyir.

Bu «şou» kimə sərf edir? Kim bu «şou»nu açıb, ona da sərf edir. Bilmirsiz kimin işidir? Siz kimi təxmin edirsizsə, mən də onu deyirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti