“Hər zaman milli üçün ən yaxşısını etməyə çalışmışam“

27 Mart 2021 17:20 Milli komanda 655
“Hər zaman milli üçün ən yaxşısını etməyə çalışmışam“

“Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam“.

Sportinfo.az xəbər verir ki, bu sbzlər Qətər yığmasının qapıçısı Saad Əl-Şibə aiddir.

O, bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl bunları söyləyib:

“Lüksemburq yığması ilə oyunda mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. İlk oyunda uğurlu çıxış etməyimdə komanda yoldaşlarımın da köməkliyi oldu”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti