"Təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq"

27 Mart 2021 17:00 Milli komanda 612
"Təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq"

"Kollektiv şəkildə təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Xəyal Nəcəfov Qətər bu gün yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

"Sumqayıt"lı yarımmüdafiəçi bu oyunda hər şeyin özlərindən asılı olduğunu söyləyib: "Baş məşqçi məşqlərdə hər bir futbolçuya xüsusi diqqət yetirir.

Kim daha hazır vəziyyətdədirsə, ona da şans verir. Biz futbolçular əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışırıq.

Artıq Millətlər Liqasında Monteneqro ilə oyunda millinin heyətində debüt etmişəm. Təbii ki, bununla kifayətlənmək olmaz. Əsas heyətdə yer almaq üçün əlimdən gələni edirəm”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti