Emil Balayev informasiya azlığından şikayətləndi

26 Mart 2021 23:00 Milli komanda 1 245
Emil Balayev informasiya azlığından şikayətləndi

“Çətin komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktiki cəhətdən yaxşı kollektivdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin qapıçısı Emil Balayev Qətərə qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı qolkiper bildirib ki, rəqib bir müddətdir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir: "Portuqaliya ilə müqayisədə Qətərin oyun üslubu haqqında az informasiyaya malikik.

Bu da matç ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti