"Mən onda hiss elədim ki..." - "Neftçi"nin baş məşqçisi

26 Mart 2021 22:20 Milli komanda 895
"Mən onda hiss elədim ki..." - "Neftçi"nin baş məşqçisi

"İlk hissə komanda bir az çəkindi oynamağa. Bu da məlum idi. Çünki rəqib Portuqaliya kimi milliydi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin U-19 komandasının baş məşqçisi Rəşad Abdullayev deyib.

Sabiq milli üzvü Şahruddin Məhəmmədəliyevin Portuqaliyaya qarşı görüşdə çox seyv etməsinin normal olduğunu bildirib: "İkinci hissə normal hücumlarımız oldu.

Top saxlamağa başladıq. Rəqibə görə normal çıxış elədik. Portuqaliya top millilərdən biridir. Hesaba görə demirəm. Oyun olaraq millinin çıxışını yaxşı hesab eləmək olar.

Belə rəqiblərlə oyunda daha çox güc müdafiə və qapıçınının üzərinə düşür. Bu normal haldı. Doğurdan da Şahruddin çox seyv elədi.

Müdafiə xətti də yaxşı çıxış elədi. Belə rəqibdən gözlənilən idi ki, daha çox hücum edəcəklər. Bu epizodlar olmalıydı. Qapıçımız yaxşı çıxış etdi".

Gənc mütəxəssis çempionatın bombardiri olan Namiq Ələsgərovun ehtiyatda qalmasını De Byazinin oynatdığı sistemlə əlaqələndirib:

"Məncə, De Byazi komandanı 4-4-2 sistemində oynadırdı. Bir az Mahir arxaya düşürdü. İrəlidə Əli Qurbani tək qalırdı. Cinahlarda daha çox müdafiəmeyilli oyunçular qoymuşdu.

Bir cinahda Abbas Hüseynov, digər cinahda Azər Salahlı çıxış edirdi. Deməli, məqsəd daha çox cinahları bağlamaq idi. Çünki Portuqaliya cinahlardan daha çox asma etməyə çalışır.

Məsələn, İspaniya millisi daha çox orta xəttdə qısa paslarla hücuma çıxır. Amma Portuqaliya cinah asmalarına üstünlük verən millidir. Mən onda hiss elədim ki, bu baxımdan Namiq sonradan meydana çıxacaq. Namiq hazırda pik formasındadır.

Oynasa, yaxşı olardı. Amma De Byazinin son oyunda oynatdığı sistemə yəqin ki, düz gəlmirdi. İkinci hissə komanda bir qədər artıran kimi Namiqi meydana buraxdı. Artıq bu məqamda milli daha çox hücum eləmək istəyirdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti