“De Byazi məni istədi. Azərbaycana getməyi həvəslə qəbul etdim”

26 Mart 2021 18:00 Milli komanda 1 152
“De Byazi məni istədi. Azərbaycana getməyi həvəslə qəbul etdim”

“Hər şey de Byazi ilə görüşdən başladı”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millinin məşqçisi Klaudio Belluççi deyib.

Ölkəsi İtaliya mətbuatına müsahibə verən baş məşqçi Canni de Byazinin köməkçisi Azərbaycana gəlişinə də toxunub. O, de Byazidən təklif alanda bunu məmnuniyyətlə qəbul etdiyini söyləyib:

“De Byazi ilə şəxsən görüşdük, məni heyətində istədi. Azərbaycana getməyi həvəslə qəbul etdim.

Xaricdə yaşamaq qəribədir, amma mövcud durumu görəndə yalnız xoşbəxt ola bilərəm. Canninin Albaniya ilə böyük bir təcrübəsi var, bu, müəyyənedici bir faktordur”.

Yığmamız Canni de Byazinin rəhbərliyi altında DÇ-2022-nin seçmə qrup mərhələsinin ilk oyununda İtaliyada Portuqaliya millisinə 0:1 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti