Ronaldo millimizlə oyunu şərh etdi: "Təbriklər, komanda!"

25 Mart 2021 16:40 Milli komanda 1 002
Ronaldo millimizlə oyunu şərh etdi: "Təbriklər, komanda!"

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, "Yuventus"da çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

"Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda", - deyə o, "feysbuk" profilində yazıb.

Qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti