"Müasir futbolda asan oyunlar olmur”.
Sportinfo.az xəbər verir ki, bu fikirlər Portuqaliya yığmasının yarımmüdafiəçisi Joau Palinyaya məxsusdur.
İtalliyanın Turin şəhərində Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışan 26 yaşlı futbolçu deyib ki, bu cür müdafiə olunan yığmalara qol vurmaq asan deyil:
“Ad baxımından bəzi komandaları qiymətləndirməmək vərdişimiz var. Artıq bərpa olunmalı və Serbiya ilə matçı analiz etməliyik. Meydana 200 faizlik konsentrasiya ilə çıxmalıyıq".
O, yığmadakı debüt oyununa görə qürur duyduğunu bildirib: "Çox sevincliyəm. Hər oyunçu milli komandanı təmsil etmək istəyir. Mən də bu sıradayam".

