"Mançester Yunayted"in ulduzu yığmamızla oyundan sonra "İnstaqram"da nə yazdı?

25 Mart 2021 20:00 Milli komanda 1 498
"Mançester Yunayted"in ulduzu yığmamızla oyundan sonra "İnstaqram"da nə yazdı?

Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted"də çıxış edən 27 yaşlı yarımmüdafiəçi qələbənin önəmli olduğunu bildirib.

"Seçmə mərhələyə qələbə ilə başlamaq çox vacibdir. Nunu Mendeş və Joau Palinyanı yığmada debüt etdikləri üçün təbrik edirəm", - deyə o, instaqram profilində yazıb.

Qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti