“Fulhem”li hücumçu: "Azərbaycanla matçdan əvvəl bu qələbə vacib idi"

25 Mart 2021 23:00 Milli komanda 646
“Fulhem”li hücumçu: "Azərbaycanla matçdan əvvəl bu qələbə vacib idi"

"Çox vacib qələbə qazandıq. Növbəti matça iki gün qaldığını nəzərə alsaq, yaxşı oynadığımızı deyə bilərik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya yığmasının futbolçusu Aleksandar Mitroviç İrlandiyanı evdə 3:2 hesabı ilə məğlub etdikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

"Fulhem"də çıxış edən 27 yaşlı hücumçu vaxt keçdikcə daha yaxşı çıxış edəcəklərini söyləyib:

"Seçmə mərhələyə uzun müddətdir ki, qələbə ilə başlamırdıq. Bu, Portuqaliya və Azərbaycanla matçdan əvvəl vacib məqamdır. İnanıram ki, qarşıdakı görüşlərdə də yaxşı oynamağa davam edəcəyik".

Serbiya millisi martın 27-də Portuqaliyanı qəbul edəcək, martın 30-da isə Azərbaycan yığmasının qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti