"Ronaldo Azərbaycanla oyunda mənə öz məsləhətlərini verdi"

25 Mart 2021 22:40 Milli komanda 1 108
"Ronaldo Azərbaycanla oyunda mənə öz məsləhətlərini verdi"

"Elit futbolçularla birlikdə oynamaq əladır. Bu qələbə işimizin bəhrəsidir. Nəticədən çox razıyam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Nunu Mendeş İtalliyanın Turin şəhərində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.

"Sportinq"də çıxış edən 19 yaşlı sol cinah müdafiəçisi matçdan öncə yığmanın kapitanı Kriştianu Ronaldodan məsləhət aldığını söyləyib:

"Tək o yox, bütün futbolçular mənə öz məsləhətlərini verdilər. Özümü rahat hiss etməyim vacibdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti