Millimizi bu cür gördü: "Bizim hücumları gözləyir, sonra…"

25 Mart 2021 13:40 Milli komanda 1 246
Millimizi bu cür gördü: "Bizim hücumları gözləyir, sonra…"

"Belə oyunlar həmişə çətin olur, çünki topun önündə çoxlu oyunçu var idi.

Bizim hücumları gözləyir, sonra isə əks-hücuma keçirdilər.

Ola bilsin, ikinci hissədə belə əks-hücumları o qədər də yaxşı nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya yığmasının futbolçusu Dominquş Duarte evdə Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

İspaniya "Qranada"sında çıxış edən 26 yaşlı müdafiəçi bildirib ki, hər zaman qələbə qazanmaq və seçmə mərhələyə 3 xalla başlamaq çox vacibdir.

O, növbəti qarşılaşmada səfərdə Serbiyanı da yenmək istədiklərini bildirib: "Hər zaman eyni ambisiyada olacağıq. İşimiz bu görüşdən sonra bərpa olunmaq və növbəti qarşılaşmadan da qalib ayrılmaqdır".

Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti