Ronaldonu qoldan məhrum edən azərbaycanlı qapıçını seçdilər

25 Mart 2021 12:40 Milli komanda 1 324
Ronaldonu qoldan məhrum edən azərbaycanlı qapıçını seçdilər

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə matçının ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, "Whoscored" 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.

Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.

Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti