Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko
Dördüncü hakim: Peter Kraloviç
Qətər DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

