“Bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik”

24 Mart 2021 20:40 Milli komanda 1 261
“Bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik”

"Yeni reallıqlara öyrəşməliyik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Portuqaliya millisinin futbolçusu Danilu Pereyraya məxsusdur.

30 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana qarşı oyunla bağlı danışıb..

Bu gün "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Müqavilə ilə "Portu"ya məxsus olan, hazırda icarə əsasında PSJ-də çıxış edən orta sahə oyunçusu bildirib: “Turində azarkeşsiz oynamaq, fikrimcə, problem yaratmayacaq.

Çünki düşüncə tərzi eyni olacaq və bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik. Bütün gücümüzlə mübarizəyə atılacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti