"İndi millidən kənarda qaldğım üçün darıxıram - Yaş artıq o yaş deyil"

24 Mart 2021 15:00 Milli komanda 748
"İndi millidən kənarda qaldğım üçün darıxıram - Yaş artıq o yaş deyil"

"Hər zaman demişəm ki, millidəki ab-hava tamam ayrıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Uzun illər millinin formasını geyinən "Səbail"li futbolçu ötən günlər üçün darıxdığnı bildirib:

"Ora gedən hər kəs fayda vermək üçün əlindən gələn hər şeyi ortaya qoymağa çalışır. Əlbəttə, indi kənarda qaldğım üçün darıxıram.

Yaş artıq o yaş deyil. Kifayət qədər oyun keçirmişəm. Yenə də çağırsalar, nə gücüm var, kömək etməyə hazıram. Amma hazırda çağırmayıblar, bu da başadüşüləndir.

Əsas odur ki, çağrılanlar düşünsün ki, milli elə belə yer deyil. Ora düşmək böyük uğurdur. Bu şansdan maksimum yararlanmaq lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti