Azərbaycan millisinin futbolçuları 115 min manat qazana biləcəkmi?

24 Mart 2021 13:00 Milli komanda 1 286
Azərbaycan millisinin futbolçuları 115 min manat qazana biləcəkmi?

Azərbaycan yığması bu gün DÇ-2022-nin seçmə mərhələsinə start verəcək. Komandamız

İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya ilə üz-üzə gələcək.

Canni De Byazinin çalışdırdığı kollektiv 3 gün sonra Qətərlə qarşılaşacaq. Ayın 29-da isə Bakıda Serbiyanı qəbul edəcəyik.

Daha əvvəl xəbər vermişdik ki, millimiz Qətəri məğlubiyyətə uğradarsa, AFFA əsas heyət üzvlərinə 15 min manat mükafat verəcək. 1 xalın qarşılığı isə 5000 manat olacaq.

Futbolçularımızın Portuqaliya və Serbiya ilə oyunlardan qazanacağı məbləğ də artıq məlumdur. Qələbənin əvəzi 45-50 min manat təşkil edəcək. Heç-heçəyə görə də göstərilən rəqəmin yarısını alacaqlar.

SPORTİNFOF.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti