"Sabah yaxşı oyun düşünürəm.
Bir həftəyə 3 oyun olacaq. Bu sistemlə hələ heç kim oynamayıb. Çox ağır olacaq.
Bizdə ikinci oyun Qətərlə olacaq. Bu bir az yaxşıdır ki, digər futbolçuları oynatmaq olacaq".
Bu sözləri Sportinfo.az-a AFFA məşqçilər komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Millimiz martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Təcrübəli mütəxəssis bu gün yaxşı nəticə əldə etmək üçün istəkli və mübariz olmağı vacib sayır:
"Mən hər zaman demişəm ki, güclü komandalardan qorxmaq lazım deyil.İstəkli olmalıyıq. Futbol istəyi, mübarizəni sevir. İndi bizə bu lazımdır.
Bəli, rəqib bizdən güclüdür və bunu heç kim danmır. Portuqaliyanın futbolçularının çoxu hazırda İngiltərədə yüksək səviyyədə çıxış edirlər".
Qara Qarayevin yoxluğunu itki sayan mütəxəssis hücum xəttindən də söz açıb: "Qaranın olmamağı bizə ağır gəlir. Çünki futbolçular ona öyrəşib.
Hazırda yaxşı formadadır. Bəlkə də Namiq Ələsgərov və Mahir Emreli ikisi də əsas heyətdə başladı. Bunu baş məşqçi qərar verəcək.
Həm Mahir, həm də Namiq orta xəttə kimi qayıda bilir. Hücum qurmaq bacarıqları da var.
Mənim şəxsi fikrimə görə, bu gün hər ikisi oynamalıdır. Bir yerdə meydanda olsalar, daha çox fayda verərlər".

