"Azərbaycan millisinə getsəydim, layihəm yarımçıq qalacaqdı"

23 Mart 2021 20:00 Milli komanda 1 294
"Azərbaycan millisinə getsəydim, layihəm yarımçıq qalacaqdı"

"ABŞ-da futbol akademiyasını yenicə açmışdım.

Daha bir addım atmaq üçün uyğun məqam deyildi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Albaniya millisinin və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ölkəsinin "Panorama" nəşrinə müsahibəsində Azərbaycan yığmasından aldığı təklifi qəbul etməməsinin səbəbi barədə danışarkən deyib.

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 39 yaşlı sol cinah müdafiəçisi bildirib ki, öz layihəsinə görə millidə Canni De Byazinin köməkçisi olmaq istəməyib:

"Azərbaycana getsəydim, akademiya ilə bağlı planları yarımçıq qoymalı idim. Bəlkə gələcəkdə də ABŞ-dan kənarda işləmək üçün başqa variantlarım olacaq.

Amma hesab edirəm ki, onda da ən düzgün qərar burada, ailəmin yanında qalmaq və öz layihəmi davam etdirmək olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti