“Azərbaycana hörmətlə yanaşmasaq, bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər”

23 Mart 2021 16:40 Milli komanda 811
“Azərbaycana hörmətlə yanaşmasaq, bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər”

“Azərbaycanla oyunda favorit olmağımızla razıyam”.

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis DÇ-20222-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb:

“Amma həmişə olduğu kimi rəqibə hörmətlə yanaşmasaq, oyuna yaxşı köklənməsək və bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər. Nəzəri cəhətdən hər şey gözəldir. Amma xallar meydanda qazanılır”.

Sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti