“İstək və əzmkarlıq göstərsək... Onların gücünə şübhə yoxdur”

23 Mart 2021 17:40 Milli komanda 996
“İstək və əzmkarlıq göstərsək... Onların gücünə şübhə yoxdur”

"Rəqiblərin səviyyəsi bəllidir, onların gücünə şübhə yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının keçmiş müdafiəçisi Ramin Quliyev deyib.

Millimiz martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Hazırda “Sabah”ı çalışdıran Quliyev millinin qarşıdakı görüşləri haqda öz fikirlərini bildirib:

“Portuqaliya ilə səfər çox ağır olacaq. Serbiya da güclü komandadır. Hər iki qarşılaşmadan maraqlı mübarizə gözləməyə dəyər. İstək və əzmkarlıq göstərməklə müsbət nəticəyə ümid edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!