AFFA prezidenti Rövnəq Abdullayev millidən DÇ-2022-dən müsbət nəticə tələb edib.
Federasiya başçısı komanda üzvləri ilə görüşündə onlardan seçmə mərhələdə uğurlu çıxış gözlədiyini bildirib.
O, konkret hədəf göstərməsə də, A qrupunda yüksək yerlərdən birini tutmaq uğrunda mübarizə aparmağın lazım olduğunu deyib.
Abdullayev hər oyuna mükafat təyin etdiyini söyləyib, lakin rəqəm səsləndirməyib. Bununla belə, qeyd edib ki, məbləğ kifayət qədər yüksək olacaq.
SPORTİNFO.AZ

