"Azərbaycanla qarşılaşma asan olmayacaq" - Portuqaliyalı ulduz

23 Mart 2021 17:20 Milli komanda 676
"Azərbaycanla qarşılaşma asan olmayacaq" - Portuqaliyalı ulduz

"Bizi seçmə mərhələdə çox vacib oyun gözləyir.

Azərbaycanla qarşılaşma asan olmayacaq.

Ümumiyyətlə, indi rahat oyunlar olmur. Qələbə ilə başlamaq önəmlidir. Hədəfimiz 3 xaldır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Portuqaliya millisinin futbolçusu Danilu Pereyra federasiyanın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana qarşı oyunla bağlı danışarkən deyib.

Müqavilə ilə "Portu"ya məxsus olan, lakin hazırda icarə əsasında PSJ-ndə çıxış edən yarımmüdafiəçi bildirib ki, müasir futbolda zəif komanda yoxdur:

"Yaxşı təşkilatlanmış, əks-hücuma sürətlə keçən, arxa və ön xətdə sabit oynayan kollektivlər var. Toplanışa yeni başlamışıq və düzgün nəticələr çıxarmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik".

Martın 24-də "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti