"Minay"ın futbolçusu Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu artıq İtaliyada - yığmanın düşərgəsindədir.
Forvard "Mariupol"la martın 20-da keçirilən çempionat oyununa (0:0) görə Ukraynadan birbaşa Turinə yollanıb.
Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-da start götürəcək.

