Bilindiyi kimi, DÇ-2022-nin seçmə mərhələsinın oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş baş verib.
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev zədəli olduğu üçün yığma ilə səfərə yollana bilməyəcək.
Canni De Byazinin başçılıq etdiyi kollektiv Portuqaliya ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qarayevin problemi ayağında yaranıb. Millinin düşərgəsində məşq zamanı xəsarət alan yarımmüdafiəçinin sağ ayağının arxa hissəsində əzələ yırtılması aşkaarlanıb.
Sportinfo.az-a verilən məlumata görə, o, 2 həftə məcburi istirahət etməli olacaq. Təkrar müayinədən sonra Qaranın fərdi məşqlərə başlayıb-başlamayacağı müəyyənləşəcək.

