Novruz bayramı Azərbaycan millisi üçün uğursuzdur

21 Mart 2021 16:00 Milli komanda 534
Novruz bayramı Azərbaycan millisi üçün uğursuzdur

Novruz bayramı Azərbaycan millisi üçün uğursuzluqla əlamətdardır.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yığma tarixində yalnız bir dəfə bu gündə meydana çıxıb.

Novruz bayramında – martın 21-dəki yeganə matçda da komandamız məğlubiyyətlə üzləşib. Bu, iki il öncəyə təsadüf edib.

2019-cu il martın 21-də millimiz Xorvatiyanın qonağı olub. Avropa çempionatının Zaqrebdəki seçmə oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti