Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçında əldə edə biləcəyi mükafat müəyyənləşib.
Komndamız qələbə qazanarsa, əsas heyət üzvləri 15000 manat irəli düşəcək.
AFFA tərəfindən heç-heçəyə qoyulan «ənam» isə cəmi 5000 manatdır.
Görüş Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək. Martın 27-də gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

