DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş baş verib.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev zədəli olduğu üçün komanda ilə birgə səfərə yollana bilməyəcək.
Millimiz Portuqaliya ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək.

