Canni De Byazi millinin üzvlərinə müraciət edib.
Sportinfo.az-ın məlumatına görə, baş məşqçi kollektiv daxilində yaşanan hadisələrin mediaya sızdırılmamasını istəyib:
«Aramızda nə olursa, o, kənara çıxmamalıdır».
İtaliyalı mütəxəssis bildirib ki, heç kim belə olaylardan sığortalanmaayıb və istənilməyən sürpriz problem yaratmq gücündədir.
De Byazi bu kimi halların qarşısını almağa çalışdığını, əsas məqsədlərindən birinin mehriban komanda yaratmaq olduğunu söyləyib.
O, burada işə başlayandan sonra millinin düşərgəsindən bəzi məlumatların mətbuatda əksini tapmasına diqqət çəkib və bundan narahatlığını gizlətməyib.

