"Azərbaycan millisi barədə Prosineçki ilə danışacam"

21 Mart 2021 11:00 Milli komanda 1 173
"Azərbaycan millisi barədə Prosineçki ilə danışacam"

"Təəssüf ki, görüş azarkeşsiz keçiriləcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin baş məşqçisi Drqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan ilə keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.

O, martın 30-da Bakı Olimpiya Stadionunda baş tutacaq oyun öncəsi Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə danışacağını istisna etməyib:

"Tamaşaçısız oynamaqla çox şey itiririk. Amma ikinci ildir davam edən pandemiya dövründə yaşayırıq və tədbirlər görülməlidir. Bu, bizim oyunumuzun və həyatımızın bir parçasıdır.

Dövlətin tələblərinə uyğun hərəkət etməliyik. Robert Prosineçki ilə danışıb, rəqib barədə fikirlərini soruşa bilərəm. Ümumi vəziyyətə baxacam".

Martın 24-də evdə İrlandiya, 3 gün sonra isə Portuqaliya ilə qarşılaşacaq Serbiya martın 30-da Azərbaycanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti