UEFA AFFA-ya pul göndərdi - Millimizin testdən keçməsinə

20 Mart 2021 19:00 Milli komanda 1 282
UEFA AFFA-ya pul göndərdi - Millimizin testdən keçməsinə

Azərbaycan milli komandası martın 21-də koronavirus testindən keçiriləcək.

Sportinfo.az xəbər verir ki, testlər UEFA-nın vəsaiti hesabına aparılacaq.

Avropa futbol qurumu seçmə mərhələnin startı ərəfəsində COVID-19 yoxlamalarının aparılması xərclərini öz üzərinə götürülüb. Nəticələr ertəsi gün bilinəcək.

Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti