Millinin baş məşqçisi Canni De Byazi Ramil Şeydayevlə fərdi qaydada söhbət edib.
İtalyan mütəxəssis son vaxtlar oyun praktikasının azlığından əziyyət çəkən hücumçuya dəstək verib.
Bildirib ki, yğmanın heyətini açıqlayandan sonra media və sostal şəbəkələrdə xeyli iradlarla qarşılaşıb, ən çox da ona görə.
Bununla belə, De Byazi qeyd edib ki, səhv seçim etmədiyini düşünür. Apenninli çalışdırıcı diqqətə çatdırıb ki, onun potensialına inanır və DÇ-2022-nin seçmə mərhələsinin ilk 3 turunda şans verəcək.
Şeydayev isə öz növbəsində milliyə çağırılandan sonra əhval-ruhiyyəsinin düzəldiyini və etimad göstərilərsə, özünü bir daha isbatlayacağını söyləyib: Mən hər zaman meydana çıxmağa hazıram».
SPORTİNFO.AZ

