"Azərbaycan millisinə dəvət almaq üçün çox şey etmişəm"

20 Mart 2021 11:20 Milli komanda 1 045
"Azərbaycan millisinə dəvət almaq üçün çox şey etmişəm"

"Mən ukraynalıyam, sadəcə, pasportum var və Azərbaycan millisində oynamışam".

Sportinfo.az xəbər verir ki, bu açıqlama vaxtilə yığmamızın formasını geyinmiş Andrey Popoviçə məxsusdur.

Berti Foqtsun zamanında ölkəmizin bir nömrəli komaandasına cəlb olunan, "Bakı", "Sumqayıt", "Turan", "Qəbələ" kimi klubların çörəyini yemiş, içkiyə aludəçiliyi səbəbindən buradan çıxıb getmək məcburiyyətində qalan qapıçı deyib:

"Bu ölkə ilə yaxşı əlaqələrim mövcuddur. Artıq üç il və ya daha uzun müddətdir yığmaya çağırılmıram. Ümumiyyətlə, sonuncu dəfə nə vaxt dəvət aldığımı belə, xatırlamıram.

Hazırda şans var. Ümid edirəm ki, yenə Azərbaycan millisinə dəvət alacam. Çünki cari mövsüm bunun üçün çox şey etmişəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti