"Neçə oyunda qalib gələcəyimizi bilsəydim, pul qoyuluşu edib, zəngin olardım"

20 Mart 2021 11:00 Milli komanda 1 455
"Neçə oyunda qalib gələcəyimizi bilsəydim, pul qoyuluşu edib, zəngin olardım"

"3, 6 və ya 7 xal barədə düşünmürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin baş məşqçisi Drqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan ilə keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, əsas hədəf martdakı 3 görüşdə maksimum nəticə qazanmaqdır:

"Mən 9 xal istəyirəm. Neçə oyunda qalib gələcəyik? Bilmirəm. Bilsəydim, matçlara pul qoyuluşu edib, zəngin olardım. Hədəf 9 xaldır. Bizi yalnız qələbələr maraqlandırır. Nəticə işimizin aynası olacaq".

Martın 24-də evdə İrlandiya, 3 gün sonra isə Portuqaliya ilə qarşılaşacaq Serbiya martın 30-da Azərbaycanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti