"Kim deyir ki, Azərbaycanla oyun asan olacaq?"

19 Mart 2021 20:00 Milli komanda 596
"Kim deyir ki, Azərbaycanla oyun asan olacaq?"

"Qrupdakı bütün oyunlara hazır olmalıyıq. Məni rəqibin adı yox, yalnız öz komandam narahat edir.

Digər məsələlər və xüsusilə hər hansı hesablama ilə məşğul olmuram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan ilə keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.

Təcrübəli baş məşqçi Azərbaycan və Lüksemburq yığmaları ilə matçlara da toxunub:

"Yenə deyirəm, məni statistika maraqlandırmır. Çünki heç kim nəyəsə zəmanət verə bilməz.

Kim deyir ki, Lüksemburq və Azərbaycanla matçlar asan olacaq? Əksinə, qrupda ən çətin matçlarımızı bu iki kollektivə qarşı keçirəcəyik".

Martın 24-də evdə İrlandiya, 3 gün sonra isə Portuqaliya ilə qarşılaşacaq Serbiya yığması martın 30-da Azərbaycan yığmasının qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti