"Mən Azərbaycandan qorxmuram, onları asan rəqib saymağımızdan qorxuram"

18 Mart 2021 14:00 Milli komanda 727
"Mən Azərbaycandan qorxmuram, onları asan rəqib saymağımızdan qorxuram"

“Milli komanda üçün ən başlıcası dünya çempionatına getməkdir.

8 oyunluq qrup həmişə təhlükəlidir, “sürüşmə” ölümcül ola bilir”.

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santos deyib.

Yerli mətbuata açıqlama verən təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlar barədə fikirlərini bölüşüb.

Portuqaliya – Azərbaycan oyunu martın 24-də İtaliyada keçiriləcək. O, millimizlə görüşdə arxayınlaşmaqdan ehtiyat etdiyini söyləyib:

“Lüksemburq son illər amansız böyümə yaşayıb. Serbiya daim güclüdür. Onlar həmişə super çıxış etməyi bacaran və bir anda yox olan komandadır.

Bunu biz heç vaxt bilmirik. Onlara qarşı həmişə çətinlik çəkdik. Həmçinin Azərbaycan da var...

Mən Azərbaycandan qorxmuram. Portuqaliya favoritdir, mən belə güman edirəm.

Azərbaycanı asan rəqib saymağımızdan qorxuram. Futbolda top tora düşmədikcə vəziyyət mürəkkəbləşir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti