Millimizi seçdi, Azərbaycan klubunda oynamaq istəmədi

18 Mart 2021 11:40 Milli komanda 1 159
Millimizi seçdi, Azərbaycan klubunda oynamaq istəmədi

Bilindiyi kimi, U-21 yığmasına yeni oyunçu cəlb olunub.

AFFA-nın Türkiyədən bu il milliləşdirdiyi növbəti futbolçu Samet Karakoç ölkəsinin III liqasında çıxış edən “Bayrampaşa”nın üzvüdür.

U-21-ə ilk dəfə dəvət alan 18 yaşlı mərkəz müdafiəçisi elə adıçəkilən klubun yetirməsidir.

Ötən il klubu ilə ilk peşəkar müqavilə imzalayan Karakoç üçün cari mövsümün ilk yarısı heç də uğurlu keçməyib. Təsadüfi deyil ki, futbolçu qış fasiləsinə qədər cəmi 1 matçda 4 dəqiqə meydanda olub.

Lakin 2021-ci ilin yanvarından əsas heyət üzvünə çevrilib. Samet geridə qalan iki ay ərzində ardıcıl 9 görüşdə iştirak edib, onun 8-də sona qədər meydanda qalıb.

Samet Karakoçun müqavilə müddəti 2022-ci ilin yayına qədər olan “Bayrampaşa” III liqanın IV qrupunda 23 turda 35 xal toplayaraq 7-ci pillədə qərarlaşır.

Yanvarda U-19 komandamıza da çağırılmış Samet Karakoç eyni zamanda müdafiənin sol cinahında da oynamağı bacarır.

Bakıda ona əsas yığma sözü verilib. Bildirilib ki, Canni De Byazi onunla yaxından maraqlanır və gələcək oyunlarını diqqət mərkəzində saxlaycaq.

Karakoça həmçinin Premyer Liqamızda çıxış etmək təklif olunub. O isə Türkiyədən ayrılmağa hazırlaşmadığını, ölkəsində daha üst liqalardan dəvət gözlədiyini söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti