Millimizdən gələn təklifi niyə qəbul etdiyini gizlətmədi

17 Mart 2021 13:40 Milli komanda 1 018
Millimizdən gələn təklifi niyə qəbul etdiyini gizlətmədi

Ukraynada "Minay"ın formasını geyinən Anatoli Nuriyev martın 21-də millimizin düşərgəsinə gələcək.

Sportinfo.az xəbər verir ki, ilk dəfə yığmaya dəvət alan hücumçu Ukrayna mətbuatına bu haqda danışıb.

Komandanın bu ayın son ongünlyündə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya, Serbiya və Qətərlə qarşılaşacağını xatırladan forvard deyib:

"Azərbaycan millisinə qoşulandan 3 gün sonra Turində portuqaliyalılarla münasibətə aydınlıq gətirəcəyik. Ümidvaram ki, beynəlxalq oyunlardakı təcrübə özümü inkişaf etdirməyimə kömək edəcək".

Martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək.

De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiyanı sınağa çəkəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti