De Byazi köməkçisinin milliyə gec gəlməsindən narazı qaldı

17 Mart 2021 09:40 Milli komanda 1 695
De Byazi köməkçisinin milliyə gec gəlməsindən narazı qaldı

Milli martın 15-dən etibarən DÇ-2022-nin seçmə mərhələsinin hazırlğına start verib.

Bu ilin əvvəlindən Moskva MOİK-ində işə başlayan Dmitri Kramarenko hazırda yığmanın düşərgəsində yer almır.

Canni De Byazinin qapıçılar üzrə köməkçisi Bakıya yalnız sabah qayıdacaq. İtalyan çalışdırıcı mövcud vəziyyətdən narahatlığını AFFA rəsmiləri ilə söhbətində dilə gətirib.

O. Kramorenkonun milliyə gec qoşulmasının qapıçıların performansına mənfi təsir göstərəcəyini bildirib.

Federaasiya mənsubları isə Kramrenko ilə Rusiya klubu arasında razılaşmanın milliyə aid bəndini ona xatırladıb. Burada söhbət məşqçinin yığmanın düşərgəsinə MOİK-in icazə verəcəyi müddətdə gələ biləcəyi göstərilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti