"Yeni çağırışlar xoşuma gəlir.
Əvvəlcə "Minay"ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalında oynadım, daha sonra isə Premyer Liqaya vəsiqə qazandım".
bu fikirləri "Minay"ın futbolçusu Anatoli Nuriyev Azərbaycan millisinə dəvət alması barədə danışarkən deyib.
26 yaşlı forvard bildirib ki, qarşıda onu beynəlxalq arenada sınaq gözləyir: "Artıq 2 dəfə baş məşqçi Canni De Byazi ilə görüşmüşəm.
O, mənə güvəndiyini söyləyib. Əlbəttə, bu etimad mənə ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacam".
Martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək.
De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya seçməsini sınağa çəkəcək.

