Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Sevinc Cəfərzadə "Krasnodar"a keçib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu Rusiya klubu ilə 3 illik müqavilə bağlayıb.
O, Krasnodarın eyniadlı təsmsilçisinə azad agent kimi keçib.
Cəfərzadə 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Əsas milliyə 2010-cu ildən dəvət alır.
Sevinc əvvəllər “Lənkəran”, “Fidan”, “Zaqatala”, Almaniyanın “Gerenberq”, BƏƏ-nin “Abu-Dabi”, Rusiyanın “Donçanka” və Rusiyanın “Yenisey” klublarının formasını geyinib.

