Millinin kapitanı problem yaşasa da, kənarda qalmağı özünə yaraşdırmadı

15 Mart 2021 11:40 Milli komanda 1 288
Millinin kapitanı problem yaşasa da, kənarda qalmağı özünə yaraşdırmadı

Azərbaycan millisinin kapitanı Maksim Medvedev problemlə üzləşib.

Müsafiəçi yığmanın baş məşqçisi Canni De Byaziyə müraciət edərək, şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib.

İtaliyalı mütəxəssis onun xahişini müsbət cavablandırıb.

Komandamız DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Portuqaliyanın qonağı olacaq. 3 gün sonra səfərdə Qətərlə qarşılaşacaq yığmamız martın 30-da Serbiyanı qəbul edəcək.

Maksim övladınının müalicə prosesi keçməsiylə əlaqədar bu gün start götürəcək hazırlıq prosesində iştirak etməyəcək.

Sportinfo.az-ın məlumatına görə, müdafiəçi millinin səfər qafiləsində yer alacaq. Onun İtaliyaya yollanması gözlənilir.

Gələn son xəbərə görə, kapitan rəsmi oyunlar öncəsi komandanı tək buraxmaq niyyətində deyil və De Byaziyə də bununla bağlı fikrini deyib. O, Portuqaliyaya qarşı forma geyinməsə belə, sonrakı matçlarda iştirak etmək istədiyini baş məşqçinin nəzərinə çatdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti