Canni de Byazidən ilk dəfə… 6 nəfərin bəxtini açdı

15 Mart 2021 12:40 Milli komanda 2 074
Canni de Byazidən ilk dəfə…  6 nəfərin bəxtini açdı

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində bu ay keçirəcəyi oyunlarda bir neçə futbolçu debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, martın 24-də Portuqaliya ilə qarşılaşmada konkret olaraq 6 oyunçu baş məşqçi Canni de Byazidən ilk dəfə forma şansı gözləyəcək.

Bunlar “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov, “Zirə”nin müdafiəçisi Sərtan Taşkın, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev, yarımmüdafiəçisi Toral Bayramov, “Minay”ın yarımmüdafiəçisi Anatoli Nuriyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevdir. Onlardan Cənnətov və İsayev əvvəlki toplanışlara dəvət alsalar da, yığmada meydana çıxmayıblar.

Millimiz martın 24-də və 30-da seçmə mərhələ çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti